Ərdoğan Qətər əmri ilə Qəzzaya humanitar yardımı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Qətər münasibətləri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları və humanitar vəziyyət müzakirə edilib.

“Ərdoğan İsrailin vəhşi hücumlarını dayandırmaq və insanlığa qarşı törətdiyi cinayətlərə görə cəzalandırmaq üçün İslam dünyasının birlik içində səylərininin artırmalı olduğunu vurğulayıb”.

Share: