Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən işğalçı Ermənistan Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin nəzarətinə verdiyi qanunsuz hərbi birləşmələrlə birgə genişmiqyaslı təlimlərə başlayıb.
Moderator.az xəbər verir ki, qondarma rejimin “müdafiə nazirliyi” Azərbaycan torpaqlarında keçirilən hərbi təlimlərin video-görüntülərini yayıb. Təlimlərin oktyabrın 5-dək davam edəcəyi bildirilir.