Ermənilərin məhsulu “Bazarstor” da…

Bakıya üzərində ermənicə yazılar olan şirniyyat gətirən “Nant” firması bu məsələ haqda saytımızda xəbər yayımlandıqdan sonra redaksiyamızla əlaqə saxlayıb.

Müstəqil.Az bildirir ki, bu haqda firmanın əməkdaşı Axar.az-a verdiyi açıqlama da məhsulun üzərində ermənicə yazının olmasının “çox təbii bir hal” olduğunu bildirib və redaksiyanı təhdid etməkdən belə çəkinməyib.

Əməkdaşımız Axar.az-la əlaqə saxlayıb və öyrənib ki, sayt sözügedən firmanın fəaliyyətinin araşdırılması və olaya hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Vergilər Nazirliyinə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib.

Qeyd edək ki, jurnalist Xalid Kazımlı Bakıda erməni istehsalı olan peçenyenin satılması haqda məlumat yayıb və “Choco Pie” adlanan peçenyenin “Bazarstor”da satıldığını qeyd edib.

Məsələ ilə bağlıAxar.az-a açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq.

Ötgün

Share: