Erməni analitikdən İlham Əliyevin bağlı etiraf

Astara-Astara dəmiryolunun martda işə düşməsi ilə Azərbaycan, İran və Rusiyanın iştirak etdiyi yeni perspektivli əməkdaşlıq platforması formalaşır.

Müstəqil.Az xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu əməkdaşlıq üç ölkə liderinin zaman-zaman keçirdiyi sammitlər vasitəsilə daha da güclənir:

“Bu layihədə mərkəzi rol Azərbaycanın payına düşür. Nəticədə Ermənistanın siyasi və iqtisadi təcridi daha da güclənir. Bakıdakı rəsmi dairələr Şimal-Cənub layihəsinin onlara təkcə iqtisadi yox, həm də siyasi kontekstdən maraqlı olduğunu deyirlər. Bu cür qlobal proqramla mütəmadi olaraq İran üçün Ermənistanın önəmini azaldır və faktiki olaraq Tehran Avropa və Rusiya bazarları çıxışının təminatı üçün alternativlərini Azərbaycan ərazilərində tapır. Belə ki, Tehran son illər ərzində dəfələrlə eyham vurub ki, onlar qlobal kommunikasiya layihələrində tərəfdaş kimi Ermənistanı görürlər. Lakin bizim hakimiyyətin reaksiyası, yumşaq formada desək, qeyri-adekvatdır. Tehran isə sonsuz şəkildə İrəvanın Rusiya təyziqləri nəticəsində yaranan qadağaları keçə biləcəyini gözləyə bilməz.

Ermənistan üçün Rusiyanın nəzarəti altında dövlət kimi təhqiredici status möhkəmlənir ki, nəticədə bizim ölkə öz subyektivliyini itirir və bütün regional inteqrasiya layihələrində iştirakdan uzaqlaşır. Digər tərəfdən isə Ermənistan üçün formalaşan pat vəziyyəti onun Qarabağ siyasətindəki iflasını ortaya qoyur. Status-kvonun dəstəklənməsi siyasəti əslində qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ konfliktinin mövcudluğu, qapalı sərhədlər Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq, onu inkişaf resurslarından məhrum edir. Bu kontekstdə Azərabycan bütün regional layihələrdə açar aktyor olur ki, bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır.

Milyardlarla dollar gəliri olan Azərbaycan boşalan Ermənistan üçün təhdid olacaq. Bu, aksiomatik faktın qəbul edilməməsi qeyri-adekvatlıqdan, bizim dövlət və siyasi sistemlərin irrasionallığından xəbər verir. Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Zaman gözləmir, o, Ermənistanın əleyhinə işləyir. Situasiyanı ayıq dəyərləndirmək lazımdır ki, danışıqlar prosesindən maksimum çıxarış edə bilək”.

İlkin H

Share: