Erməni Azərbaycanla olan sərhəddi keçmək istədi-Səbəbi…

Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.

Müstəqil.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə mayın 1-də baş verib.

1975-ci il təvəllüdlü erməni öz köynəyini ağ bayraq kimi istifadə edərək Azərbaycan tərəfinə keçməyə çalışsa da, bu cəhdin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.

İnformasiyaya əsasən, orta məktəbi fərqlənmə ilə bitirən Verin Karmiraxbyur kəndinin sakini Rusiyada hərbi məktəbdə daxil olub. Kişi uzun illər Qazaxıstanda yaşayıb. Onun Ermənistan və Qazaxıstan vətəndaşlığına malik olduğu bildirilir.

Bildirilir ki, o, təxminən 1,5 ay əvvəl anasının yaşadığı Verin Karmiraxbyur kəndinə qayıdıb. Ermənistan KİV-i iddia edir ki, o, sərhədçilərə “Qarabağın erməni ərazisi” olduğunu sübut edən sənədləri azərbaycanlılara vermək istədiyini bildirib.

Psixi pozğunluğun olduğu deyilən kişinin işi ilə Ermənistan Təhlükəsizlik Xidməti və polis məşğul olurdu. O, 12 və ya 13 mayda İrəvan aeroportundan Qazaxıstana uçmağa hazırlaşırdı. Lakin aviabileti cırıb və kəndə qayıdıb.

Share: