Erməni hərbçi mühafizə zolağındakı döyüş postunda olan zaman ona yaxınlaşan hərbçi yoldaşını Azərbaycan əsgəri zənn edərək güllələyib.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da saat 23:40 radələrində olub. 19 yaşlı əsgər Qraçya Kərəmyan hərbçi yoldaşının səhvi nəticəsində açılan atəşdən sonra dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başladılıb.