Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu – Video

Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu – Video

Xocavənd rayonunun Tağaverd kəndi ərazisindəki erməni hərbçiləri hələ də ərazini tərk etməyib.

Müstəqil.Az xəbər verir ki, bu barədə erməni mediası geniş reportaj hazırlayıb.

Süjetdə xüsusi olaraq vurğulanıb ki, 10 noyabr tarixli üçlü Bəyanatla bu kənd Azərbaycan Ordusunun nəzarətinə keçsə də, erməni silahlılar “bu barədə eşitmək belə istəmirlər”.

“Tağaverd kəndini qoruyan ermənilər yerindədir, onların qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirirlər”, – hazırlanan süjetdə bildirilib.

Tağaverd ərazisindəki erməni silahlıları da video-müsahibə veriblər və “ərazini qoruduqlarını” bildiriblər.

Zəruri olaraq xatırladaq ki, Azərbaycan Ordusunun 3 noyabr əməliyyatı ilə erməni hərbçiləri Tağaverddən geri çəkildiklərini “taktiki gediş” kimi izah etmişdilər. İndi isə erməni silahlıları kanala deyib ki, Azərbaycan Ordusu kəndin “yalnız bir hissəsini nəzarətə götürə bilib”. Başqa sözlə desək, erməni silahlıları kənddə deyil, kəndə nəzarət üçün yaxınlıqdakı mövqelərdə qalmaqda davam edirlər.

Hazırda Azərbaycan Ordusunun yerləşdiyi mövqe ilə erməni silahlıları arasında “bir neçə onmetr” olduğu, hətta əsgərlərin danışığının hər iki tərəfdə eşidildiyi bildirilib.

Qeyd edək ki, 10 noyabrda imzalanan üçtərəfli Bəyanata görə, erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı və o mövqelərə Rusiya sülhməramlıları yerləşməlidir. Ancaq ermənilər buna mümkün qədər müqavimət göstərməyə cəhd edirlər. İlk dəfə Ağdam istiqamətində mərkəzi komandanlığa tabe olmaqdan imtina edən erməni silahlılarının Rusiya sülhməramlıları ilə qarşıdurma yaşadıqları haqda Teleqram kanallarında məlumat yayılmışdı.

Erməni silahlılarının Azərbaycan ərazilərini tərk etməsinə Rusiya zəmanət verir. Ancaq ermənilərin Bəyanata zidd təbliğatı davam edir. Ona görə də növbəti belə bir qarşıdurmanın mümkünlüyü istisna edilmir.

 

Share: