Erməni mediası Hadrut yaxınlığında atışma getdiyi barədə sosial şəbəkələrin erməni seqmentində və bəzi media qurumlarında yayılan məlumata aydınlıq gətirib.
Müstəqil.Az xəbər verir ki, Ermənistan MN bu məlumatların yalan olduğunu açıqlayıb.
Hər hansı atışmanı Rusiya sülhməramlıları da təkzib edib.
Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri və bəzi media qurumları Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafında atışma olduğu haqda məlumat yayıb.
Xatırladaq ki, hər iki kənd DTX-nın antiterror əməliyyatı nəticəsində 11 dekabrdan Azərbaycanın nəzarətinə keçib.