Erməni komandir öz əsgərlərini atdı

Erməni komandir öz əsgərlərini atdı

Ermənistan silahlı qüvvələrinin atıcı bölmələrindən birinin sabiq komandiri vəzifə səlahiyyətlərini aşmaqda və cinayətkar hərəkətsizlikdə ittiham olunur.

Müstəqil.Az “Sputnik Armeniya”ya istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsi şənbə günü cinayət işinin detallarını açıqlayıb və qeyd edib ki, artıq keçmiş yüksək rütbəli hərbçi öz vəzifələrinə zidd olaraq, 11 oktyabr 2020-ci il tarixdə Hadrutun altından onun yanına  göndərilən 72 hərbçidən ibarət qrupu qarşılamayıb.

“Faktiki olaraq, komandanlıq onları başlı-başına buraxıb. Nəticədə, hərbçilər düşmənin atəşi altına düşüb və azərbaycanlı diversantlara rast gəliblər. Onların bir hissəsi həlak olub, qalan hissəsi itkin düşüb.

Diviziyanın keçmiş komandirinə qarşı Ermənistan Cinayət Məcəlləsinin 4-cü maddəsinin 375-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət səlahiyyətlərindən və ya hərəkətsizliyindən sui-istifadə) hissəsi üzrə ittiham irəli sürülüb.

Onun barəsində qətimkan tədbiri kimi başqa yerə getməmək barədə iltizam seçilib”, – deyə İstintaq Komitəsinin məlumatında bildirilir.

Xatlrladaq ki, 2020-ci il dekabr ayının sonunda Ermənistan Baş Prokurorluğu Dağlıq Qarabağda döyüş əməliyyatları ilə bağlı 900-ə yaxın cinayət işinin başlanıldığını bildirib. Araşdırmalarla Xüsusi İstintaq Xidməti, İstintaq Komitəsi və ölkənin Milli Təhlükəsizlik Xidmətinin istintaq Departamenti məşğul olurlar. Onlarla hərbçiyə qarşı ittihamlar irəli sürülüb.

Müstəqil.Az

Share: