Erməni maşınlarını daşa basırıq? – Həyasızlığın son həddi

Erməni maşınlarını daşa basırıq? – Həyasızlığın son həddi

Erməni mediası yenidən Qafan yolunda erməni seriyalı maşınlardan birinin “azərbaycanlılar tərəfindən” daşa basılması barədə məlumat yayıb.

Müstəqil.Az xəbər verir ki, bu həyasız iddia Qafan meri Gevork Parsyana istinadla tirajlanıb.

Guya hadisə 4 apreldə, David Bek-Şurnux yolunda, saat 16-17 arası baş verib. “Xoşbəxtlikdən” (mer bu sözü işlədir), daşlar maşına dəyməyib. “Bu, bu yolda ilk hadisədir”, – erməni mer deyib.

Amma Ermənistan mediası bununla bağlı artıq bir neçə dəfə informasiya yayıb.

Yayılan məlumatın həyasız yalan olmasının sübutu odur ki, azərbaycanlılar hələ işğaldan azad edilən ərazilərə köçməyiblər, hələ quruculuq işləri aparılmayıb və minalar təmizlənməyib. Yəni orda erməni maşınına daş atacaq uşaq yoxdur.

Orda yalnız Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin əsgərləri ola bilər. Əsgər isə daş atmır, ay erməni, əsgər güllə atır və Azərbaycan əsgərinin atdığı güllənin də yan keçmədiyini 44 günlük müharibədə bütün dünya gördü.

Ermənilərin əslində Azərbaycan Ordusunun nəzarətində olan ərazilərdən keçərkən və ümumiyyətlə, əsgərimizin qaraltısı gələrkən başına daş ələndiyini sanması, onu qara basması və qaya parçalarının üstünə gəlməsini təsəvvür etməsi normaldır. Zatən Ordumuz bu xofu elə yaradıb ki, ermənilərin yaxın 50 ildə Azərbaycan əsgəri görəndə başlarına daş düşəcək – sözün hər mənasında.

Ancaq qorxu-qarabasmasını xəbərə çevirmək və tirajlamaq sadəcə əxlaqsızlıqdır ki, bunu da ancaq erməni bacarar və bacarır da…

Müstəqil.Az

Share: