Ukraynanın Daxili İşlər naziri Arsen Avakov polisi və Milli Qvardiyanı səfərbər edib, oğlu Aleksandr Avakovun müdafiəsinə yönəldib.
Bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının deputatı Sergey Leşenko paylaşıb.
“Xarkovda polis və Milli Qvardiya axtarış aparılacaq yerə bomba yerləşdirilməsini bəhanə edərək axtarışa maneə yaradır. Kiyevdə Antikorrupsiya İdarəsinin binasına Milli Qvardiya yeridilir. Mənim mənbəm deyir ki, artıq burada polislərdən ibarət iki mikro-avtobus dayanıb”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Milli Antikorrupsiya Bürosu Arsen Avakovun oğlu Aleksandr Avakovu həbs edib. Buna səbəb Aleksandrın Milli Qvardiya üçün verilən sifarişlər zamanı korrupsiyaya və fırıldaqçılığa yol verməsi olub.