Ermənistanda ordusunda xidmət aparan hərbi hissə komandiri həbs olunub.
Müstəqil.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan bildirib.
Ermənistan Hərbi Polisinin əməkdaşları növbəti rüşvət faktının üstünü açıblar. Əməliyyat zamanı Ermənistan ordusunun polkovnik-leytenantı Q.N hərbi hissə ərazisində fəaliyyət göstərən mağazanın sahibindən rüşvət alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Orxan T.