Ötən əsrin 30-cu illərində Türkiyə rəhbərliyi tərəfindən türk dilinin təmizlənməsi üçün Aqop Martayana tapşırıq verilib. Tapşırığa əsasən dil yad sözlərdən, xüsusilə ərəb sözlərindən təmizlənməli idi. Bu prosesin həm də mümkün qədər tez başa çatması barədə tapşırıq ciddi xarakter almışdı. Erməni Martayan Türk Dil Qurumunun katibi seçilmişdi. 600 il yaşı olan imperiyanın türk dilçisi yetişməmişdi, onun dilini erməni təmizləyəcəkdi. Görünür, 100 il əvvəl yunan və erməni tərcüməçilərin “xidmətləri” unudulmuşdu.
Tapşırığı alan “Dilaçar” təxəllüslü Martayan türk dilini təmizləməyə başladı. Yeri gəlmişkən, onun rəhbərliyi altında işləyənlər də əsasən qeyri-türklər idi. Martayan çıxardığı sözlərin yerini əsasən fransız sözləri ilə doldurdu. Niyə məhz fransız sözləri ilə əvəzləməsi hələ də müəmma doğurur. Ümumiyyətlə, ölkə müstəqillik qazandıqdan sonra Osmanlı imperiyasına dair bütün ənənələr getdikcə sıradan çıxarılır, yaxud unutdurulurdu. Məhz bu səbəbdən Osmanlı tarixi ilə dolu 7 qatar Bolqarıstana yola düşdü. Həmin arxiv sənədləri maklatura kimi Bolqarıstana verilirdi. Qatarlardan biri dəniz sahilində relsdən çıxaraq aşıb. Ətrafda yaşayan kəndlilər onu süpürüb dənizə atıblar, yerdə qalanlarını da küləklər sovurub atıb. O illərdə Bolqarıstanın Türkiyədəki səfiri öz ölkəsinin rəhbərinə xəbər verib ki, türklər Osmanlı arxivi ilə dolu qatarları makulatura kimi göndərirlər. Dərhal qərar qəbul edilib. Qatarlar ölkə sərhədini keçən kimi saxlanılıb və Milli Kitabxanaya gətirilib. Bununla da Bolqarıstanda türk dilləri kafedrası və Osmanlı imperiyasına dair ayrıca şöbə yaradılıb. 54-55-ci illərdə bu kafedraya Azərbaycanın görkəmli alimi Məmmədağa Şirəliyev rəhbərlik edib.
Bolqarıstan hökuməti müxtəlif illərdə 50-100 nəfər tələbəni Bakıya – Şərqşünaslıq fakültəsinə oxumağa göndərib. Onlar təhsillərini başa vurub Vətənlərinə türkoloq kimi qayıdıblar. İsmət İnönünün prezidentliyi dövründə Osmanlının arxiv sənədləri geri istənilib. Lakin bolqarlar həmin sənədləri geri qaytarmayıblar.
Əgər sizdə “İqor polku haqqında dastan” əsərinin əlyazması olsaydı, geri qaytarardınız? Heç vaxt. Bunu misal olaraq çəkirik. Məhz bolqarlar da qızıl qiymətindəki sənədləri qaytarmaqdan imtina ediblər. Bunu həm də onunla əsaslandırıblar ki, Osmanlı arxivinin içində Bolqarıstan tarixi də mövcuddur. Türkiyə bu sənədlərin surətini yalnız 80-ci illərdə əldə edə bildi. Yalnız surətini.
Ümumiyyətlə, nə türklər, nə azərbaycanlılar əlyazmalara çox da fikir verməyiblər, onları vaxtında toplayıb saxlamayıblar. Amma ermənilərin Qədim Əlyazmalar Kitabxanasında – Matandaranda (fars dilindən “Mətndar” deməkdir) Eçmiədzin kilsəsinin sənədləri ilə yanaşı qədim Romanın tarixinə dair əlyazmalar da mövcuddur. Orada Azərbaycana dair minlərlə əlyazma saxlanılır. Məhz həm də bunun nəticəsidir ki, biz əlyazmaları Vatikandan istəməyə məcbur qalırıq. Necə deyərlər, keçmişdə edilən səhvləri indi zərrə-zərrə, qram-qram düzəldirik.
Beləliklə, Aqop Martayanın türk dilinə vurduğu zərbəni sonra anladılar. Türk dilində “olay”, “dönəm”, “devrim” və yüzlərlə bu tipli sözlərin heç bir linqvistik əsası yoxdur, sadəcə havadan götürülüb. Buna dilçilikdə qondarma söz yığını deyilir. Bununla da, türk dilinin Avropa istiqaməti alındı. Bəs, Azərbaycan dilinin taleyi necə oldu? Türklərdən fərqli olaraq ötən əsrin 30-cu illərində Azərbaycanda dilçi alimlər yetişmişdi. Onlardan Bəkir Çobanzadə, Afat Qurbanov, Səlim Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadəni misal göstərmək olar. Azərbaycanın şair və yazıçılarının hesabına da dilimiz zənginləşdi, dolğunlaşdı. 30-60-cı illərdə Süleyman Rüstəm, Səməd Vurğun və başqalarının dilimizə xalq sözlərini gətirmələri ilə Azərbaycan dili tam millilləşdi, tam saflaşdı, tam paklaşdı. Dilin belə məziyyəti adamların təhsilinə də müsbət təsir göstərdi. O illərdə adi sağıcı və çobanın orfoqrafiya qaydalarına necə əməl etmələri, orfoepiya qaydalaı ilə heç bir ziyalıdan fərqlənməyən danışıqlarının uyuşduğunu görərik. Məhz 30-60-cı illərin orfoqrafiya qaydaları tam müfəssəlliklə əksini tapdı, heç bir diləyatılmazlıq, heç bir narazılıq qeydə alınmadı. Bunu görmək üçün 1966-cı ildə dərc edilən orfoqrafiya lüğətinə nəzər salmaq kifayətdir.
Ötən əsrin 20-ci illərində Azərbaycanda dilin təmizlənməsi prosesi başlayanda dilçilər purizmə meyl etdilər. Yəni dildəki bütün mümkün alınmaların qarşısını almağa. Onların fəaliyyətinə dair bir neçə misal: “astronomiya – göybil”, “coğrafiya – yerbil”, “riyaziyyat – saybil” formada təqdim edildi. “Molla Nəsrəddin” jurnalı bu komissiyanı “dilbil komisyonu” adlandırdıqdan sonra “purizm” tendensiyasına da son qoyuldu. Dilçilik İnstitutunun son günlərdəki yeni qaydaları dolaşıqlıq yaradır. Bəzən də nümunə kimi fransız dilində sözlərin yazılışı ilə tələffüzü arasındakı uçurumu misal göstərdilər. Bir misal da mən gətirim: 2015-ci ildə 1 diakritik işarənin (ô, â, î, û) orfoqrafiyadan çıxarılması təklifi elə hay-küy doğurdu ki, Fransa Akademiyası məsələnin üstündən birdəfəlik xətt çəkdi. Halbuki “accent circonflexe” adlanan bu işarə cəmi 150 sözdə işlənir. İslahat tərəfdarları iddia edirdilər ki, bu işarənin olub-olmaması ciddi məna dəyişikliyinə gətirib çıxarmır. Digər tərəfdən, şagirdlər bu işarədən yerində istifadə edə bilmirlər. Əleyhdarların arqumenti isə belə idi: “Qustav Floberin də orfoqrafiya və zaman uzlaşmaları ilə bağlı xətaları olurdu. Lakin bu qüsur onun dünya səviyyəli yazıçı olmasına əngəl törətmədi”.
Azərbaycana gəldikdə isə əhalinin 99%-nin savadlı olduğu ölkədə dilin asanlaşdırılması adı ilə -iyyət şəkilçili sözlərin 1 “y” ilə yazılması təklifi başadüşülən deyil. Əslində, bu tip sözlərin də sayı çox deyil və yadda saxlanması mümkündür. Xarici təcrübədən söz düşmüşkən, bu qalmaqalı elə dahi Şeksprin bir əsəri ilə təsvir etmək mümkündür: “Much Ado About Nothing” (Heç nəyə görə böyük hay-küy)”.
Bir təklif: əvvəllər Ru reyestrində A3 Times Azlat şrifti ilə işləyərkən Shift+F3 düyməsi ilə mətni böyüdərkən və ya kildərkən “İ” hərfi “I”-ya və ya əksinə dəyişmirdi. Halbuki, Az reyestrində bu məsələ böyük problem yaradır. Məhz bunun üçün də nəşriyyatlar çox vaxt A3 Times Azlat şrifti ilə işləməyə məcbur qalır. Dilçilik İnstitutu problemin həlli üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna təklif verə bilər.
Dərindən təhlil etdikdə başqa problemlər də yox deyil. Məsələn, izahlı lüğətin müasirləşdirilməsi. Fransa, Böyük Britaniya və Almaniyada fundamental lüğətlər hər il yenidən nəşr olunur və bu lüğətlərə 100-500 yeni söz əlavə olunur, mövcud sözlərin yeni mənaları öz əksini tapır. Təəssüf ki, eyni fikri “Azərbaycan dilinin izahlı lüğəti”nə (Bakı, 2006, 4 cilddə) aid etmək mümkün deyil. Lüğətin Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı ildə, yəni 19 ildən sonra, təkrar nəşri təqdirəlayiq olsa da, burada müasir sözlərə və ya əksər sözlərin yeni mənalarına rast gəlmək mümkün deyil. Bir çox lüğət məqaləsi sovet nəşrinin eynən təkrarıdır, terminologiya nisbətən bəsit ifadə olunub. Lüğət ilk baxışdan stereotip nəşr təsiri bağışlayır. Təxminən yarım əsr əvvəl işıq üzü görən lüğətin ikinci nəş¬rin¬də cəmi 1 277 yeni sözün daxil edilməsi lüğətin çox da müa¬sir ləş¬mədiyinin göstəricisidir. Nəzərə alaq ki, bu müddət ərzində Azər¬bay¬can bir siyasi sistemdən digərinə keçib və bu dəyişiklik dildə də ciddi əks olunub. (Mənbə: Vüqar Ələsgərov. “Tərcüməçinin yalançı dostları: Fransız və Azərbaycan dillərinin nümunəsində”, Bakı, 2012).
Bəs, Dilçilik İnstitutunun son dəyişiklikləri hansı problemləri yaradacaq? Mən artıq neçə ildir ki, yaşlı anama latın əlifbasını öyrədirəm. Hər dəfə də yadından çıxır və deyir ki, onun telefonundakı adları kirill əlifbası ilə yazım. Gənclər latın əlifbasını öyrəndilər, amma bu çox uzun çəkdi. Yaşlı nəsil isə həmin əlifbada daha heç bir ədəbiyyat oxuya bilmir. Latın əlifbasının öyrənilməsinə biz orta yaşlı insanlar nisbətən çətinlik çəksək də, hər şey geridə qaldı. Və indi yeni çətinlik yaranıb. Bu da orfoqrafiyada yeni qaydalardır. İndi 25 il də lazım gələcək ki, xalq bunları mənimsəsin. Axı, niyə? Nə səbəbə? Bundan test imtahanlarındakı tələbələrdən tutmuş saytların, nəşriyyatların, reklam broşurlarını hazırlayanların nə qədər çətinlik çəkəcəyi gün kimi aydındır. Əgər bu ortaq türk dilinə görədirsə, yuxarıda bildirdik ki, Türkiyə türkcəsi erməni dilçi tərəfindən təmizlənib və linqvistik əsası olmayan sözlərlə doldurulub. Azərbaycan dilinə müdaxilə 1992-ci ildə olmuşdu, ortaq türk dili yaranması ideyası da onda ortaya atılmışdı. Amma o vaxt dilçi alimlər bildirdilər ki, “Azərbaycan dilinə əl uzatmaq olmaz, o, daha təmiz, daha zəngindir”. Necə deyərlər, ortaq türk dili zəngin, dolğun dilə əsasən tərtib edilməlidir. O da Azərbaycan dilidir.
Ötən əsrin 30-cu illərində Türkiyə rəhbərliyi tərəfindən türk dilinin təmizlənməsi üçün Aqop Martayana tapşırıq verilib. Tapşırığa əsasən dil yad sözlərdən, xüsusilə ərəb sözlərindən təmizlənməli idi. Bu prosesin həm də mümkün qədər tez başa çatması barədə tapşırıq ciddi xarakter almışdı. Erməni Martayan Türk Dil Qurumunun katibi seçilmişdi. 600 il yaşı olan imperiyanın türk dilçisi yetişməmişdi, onun dilini erməni təmizləyəcəkdi. Görünür, 100 il əvvəl yunan və erməni tərcüməçilərin “xidmətləri” unudulmuşdu.
Tapşırığı alan “Dilaçar” təxəllüslü Martayan türk dilini təmizləməyə başladı. Yeri gəlmişkən, onun rəhbərliyi altında işləyənlər də əsasən qeyri-türklər idi. Martayan çıxardığı sözlərin yerini əsasən fransız sözləri ilə doldurdu. Niyə məhz fransız sözləri ilə əvəzləməsi hələ də müəmma doğurur. Ümumiyyətlə, ölkə müstəqillik qazandıqdan sonra Osmanlı imperiyasına dair bütün ənənələr getdikcə sıradan çıxarılır, yaxud unutdurulurdu. Məhz bu səbəbdən Osmanlı tarixi ilə dolu 7 qatar Bolqarıstana yola düşdü. Həmin arxiv sənədləri maklatura kimi Bolqarıstana verilirdi. Qatarlardan biri dəniz sahilində relsdən çıxaraq aşıb. Ətrafda yaşayan kəndlilər onu süpürüb dənizə atıblar, yerdə qalanlarını da küləklər sovurub atıb. O illərdə Bolqarıstanın Türkiyədəki səfiri öz ölkəsinin rəhbərinə xəbər verib ki, türklər Osmanlı arxivi ilə dolu qatarları makulatura kimi göndərirlər. Dərhal qərar qəbul edilib. Qatarlar ölkə sərhədini keçən kimi saxlanılıb və Milli Kitabxanaya gətirilib. Bununla da Bolqarıstanda türk dilləri kafedrası və Osmanlı imperiyasına dair ayrıca şöbə yaradılıb. 54-55-ci illərdə bu kafedraya Azərbaycanın görkəmli alimi Məmmədağa Şirəliyev rəhbərlik edib.
Bolqarıstan hökuməti müxtəlif illərdə 50-100 nəfər tələbəni Bakıya – Şərqşünaslıq fakültəsinə oxumağa göndərib. Onlar təhsillərini başa vurub Vətənlərinə türkoloq kimi qayıdıblar. İsmət İnönünün prezidentliyi dövründə Osmanlının arxiv sənədləri geri istənilib. Lakin bolqarlar həmin sənədləri geri qaytarmayıblar. Əgər sizdə “İqor polku haqqında dastan” əsərinin əlyazması olsaydı, geri qaytarardınız? Heç vaxt. Bunu misal olaraq çəkirik. Məhz bolqarlar da qızıl qiymətindəki sənədləri qaytarmaqdan imtina ediblər. Bunu həm də onunla əsaslandırıblar ki, Osmanlı arxivinin içində Bolqarıstan tarixi də mövcuddur. Türkiyə bu sənədlərin surətini yalnız 80-ci illərdə əldə edə bildi. Yalnız surətini.

Azər Qismət