Qarabağ separatçıları Britaniyanın “The Halo Trust” təşkilatına qarşı cinayət işi qaldırıblar.
Müstəqil.Az Ermənistan KİV-inə istinadən bildirir ki, cinayət işi “Dövlət xəyanəti” və “Casusluq” maddələri üzrə başlanılıb.
“Cinayət işi martın 11-də KİV-də “The Halo Trust” təşkilatının Qarabağda xeyriyyə fəaliyyəti ilə məşğul olarkən Türkiyənin xüsusi xidmət orqanlarına minalanmış ərazilərin xəritəsini ötürməsi ilə bağlı dərc olunan yazılarla əlaqədar açılıb. İddia müəlliflərinin fikrincə, bu, qarşı tərəfə 44 günlük müharibə ərzində minalı müdafiə sahələrini uğurla keçməyə imkan verib”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, biz bundan əvvəl “Yerevan Qarabağda məğlubiyyətin səbəbini açıqladı: Britaniya xüsusi xidmət orqanları xəritələri Azərbaycan qoşunlarına təqdim ediblər” adlı məqalədə Qarabağ separatçılarının Britaniya şirkətinə qarşı irəli sürdükləri ittihamların absurd olduğu haqda yazmışdıq. “HALO Trust” dinc əhalini Kamboca, Mozambik, Anqola, Çeçenistan, Kosovo və Əfqanıstanda mina və partlamamış sursatlardan xilas etmiş və bütün dünyada nüfuz qazanmış bir təşkilatdır. Qurum yanğın əleyhinə minaların istehsalına qarşı qlobal kampaniyalarda tez-tez əfsanəvi Uels şahzadəsi Diana ilə birgə çıxış edirdi.
Müstəqil.Az