Görəsən, Ermənistanı birmənalı olaraq dəstəkləyən Fransa Prezidenti makron Gəncə hadisələri ilə bağlı nə deyəcək? Və yaxud humanitar atəşkəs razılaşması üçün vasitəçilik missiyasını həyata keçirən Rusiyanın buna reaksiyası necədir? Axı onlar buna zəmanət vermişdi…
Müstəqil.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Real TV-nin “Real İntervyu” verilişində deyib.
A.Camalqızı qeyd edib ki, Gəncə və Azərbaycanın atəşə məruz qoyulan digər şəhərləri döyüş bölgəsindən çox uzaqdadır və bura endirilən zərbə təsadüf deyil, birbaşa planlaşdırılmış hərbi cinayətdir.
Politoloq qeyd edib ki, humanitar atəşkəsin məqsədi ermənilərin döyüş meydanındakı səgər meyitlərini götürmək üçün idi:
“Humanitar atəşkəsin müddəti maksimum 72 saatdır. Artıq bu gün bu müddət başa çatmaq üzrədir. Ancaq Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanında yığmaq istəmir. Çünki bizdə olan məlumata görə, döyüş meydanında qalan erməni əsgər meyitlərinin sayı 5 mindən çoxdur. O meyitlər Ermənistana gedəndə, ailələrinə təhvil veriləndə nə baş verəcək?”
Verilişin tam videosunu təqdim edirik: