Rusiyanın Qarabağa gətirdiyi sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək.
Müstəqil.Az xəbər verir ki, Rüstəm Muradov 1973-cü ildə Dərbəndin Çinar kəndində anadan olub. Onun əsli Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələr Muradovun milliyətcə azərbaycanlı, bəziləri isə tabasaranlı olduğunu bildirir.
Muradov 1990-cı ildən hərbi xidmətdədir. Şərq Hərbi Dairəsində xidmətlərinə görə o, 2012-ci ildə general-mayor rütbəsi alıb.
O, 2015-2017-ci illərdə 41-ci ordunun Baş Qərargah rəisi təyin edilib. 2016-cı ildə isə Donbasdakı Rusiya-Ukrayna Atəşkəs Məsələlərinə Nəzarət və Koordinasiya Mərkəzində Rusiyanın təmsilçisi olub. Buradan 2017-ci ildə Suriyaya göndərilən Muradov göstərdiyi xidmətə görə Rusiya Qəhrəmanı adına layiq görülüb.
2018-ci ildə isə o, Cənub Hərbi Dairəsinin rəhbərinin müavini təyin edilib. Məhz burada ona general-leytenant rütbəsi verilib.
Əli Məmmədov