Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb – 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub. Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 milyon əhalisi olan Ermənistanda son 5 gündə 2000 civarında yoluxma halının olması maraqlıdır.
Müstəqil.Az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
Ekspert artıq bir müddətdir səsləndirilən məlumatlara toxunub:
“Bəzi məlumatlara görə Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itgilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir – rüşvətlə, ya tanışlıqla COVİD testini “pozitiv” yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər. Testi “pozitiv” çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi “pozitiv” çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər – düz edirlər, zatən artıq hər şey bitib, tam Qələbəyə az qalıb!
Allah Əsgərimizi və Ordumuzu qorusun!”
Müstəqil.Az