“Ermənilər keçmişin kobud səhvlərindən dərs çıxarmırlar. Bunun onlar üçün daha ağır nəticələri ola bilər”. Bunu deputat Elşad Mirbəşir Milli Məclisin plenar iclasında deyib.
“Qanunu bilməmək məsuliyyətdən azad etmir ifadəsini bu gün ermənilər üzərindən imitasiya etmək olar. Bir neçə gün öncə Ermənistanda “Miatsum” hərəkatnının 36-cı ildönümü qeyd edildi. Bu həm də emrənilərin özlərini ifşası idi. Bu amildən informasiya müharibəsində istifadə etməliyik. Fransa Prezidenti Emmanuel Makron və bir sıra beynəlxalq dairələr ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğuladılar. Avropa tribunalarında da da tez-tez eşitidiyimiz odur ki, emrənilərin Qarabağ ərazisinə qayıdışları beynəlxalq mexanizmlə tənzimlənməlidir. Yəni Azərbaycan ərazisində separatizmin yenidən mövcud olması dəstəklənir.
Ermənilərin “Miatsum” hərəkatının 36-cı ilini qeyd etməsi bizim əsas silahımıza çevrilməlidir. Avropa və beynəlxalq platformalarda bu və bu kimi amillərdən istfadə etməliyik”, – deyə o bildirib.