Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur –  “Azərbaycan ordusu 2-2,5 km-likdədir…”

Ermənilər Laçın yolu ilə gedib-gəlməyə qorxur –  “Azərbaycan ordusu 2-2,5 km-likdədir…”

Xəbər verildiyi kimi, bu gün- noyabrın 25-dən Kəlbəcər rayonu erməni işğalçı qüvvələri tərəfindən tamamilə boşaldılaraq Azərbaycana təhvil verildiyi üçün həmin rayondan qəsbkar Ermənistan ərazisinə keçən yollar bağlanır. 

Rusiya mediasına açıqlama verən ermənilər Rusiya sülhməramlılarının da  nəzarət etməsinə rəğmən İrəvandan Qarabağa gələn hazırda yeganə Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla gəlib-getməyə ehtiyat etdiklərini bildiriblər.

Laçında rus dili müəllimi işləmiş  Armen Movsesyan deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şəhərin hər iki tərəfində  cəmi 2-2,5 kilometr məsafədədir. Demarkasiya (ayrılma) xəttində rus sülhməramlılarının olmasına baxmayaraq Movsesyan qorxduqlarını bildirir.

“İndi Laçın şəhərində 200-dən az erməni qalıb, əksəriyyəti kişilərdir. Müharibədən əvvəl burada, ən azı, 2 min erməni yaşayırdı. Bu gün orada yaşamaq qeyri-realdır, hər zaman qorxu içində yaşamaq qeyri-realdır. Və bir çoxları belə düşünür”- Laçında on illərlə qeyri-qanuni məskunlaşmış erməni  belə deyir.

“CivilNet” nəşrinin jurnalisti Lika Zaxaryan Xankəndinə Kəlbəcər vasitəsilə  qayıdıb.

“Hələ Laçın yolu ilə getməmişəm, çünki  həmin yolla  getməkdən qorxuram. Kəlbəcər yolu bağlanandan sonra yalnız bu yola sahib olacağıq. Ancaq heç kim 100% təhlükəsizliyə zəmanət verə bilməz. İstənilən vaxt, gecə-gündüz bir təxribat gözləmək olar, xüsusən də nəzarət postları arasındakı yolda. Daimi qorxu içində yaşamağa məhkumuq. Biz Xankəndində belə, özümüzü təhlükəsiz hiss etmirik…”-deyə erməni jurnalist vurğulayıb. / Moderator.az

Share: