Ermənilər o qədər qudurub ki, maşınlarımızı yoxlayır…

Ermənilər o qədər qudurub ki, maşınlarımızı yoxlayır…

Hərbçilərimizin Fərrux yüksəkliyinə qalxması Qarabağda yeni müdafiə istehkamları qurmaq istəyən təxribatçılara cavab olmaqla separatizmi dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və Qarabağdakı seperatçı ermənilərə növbəti xəbərdarlıqdır.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş müsahibəsində bildirib.

O qeyd edib ki, 10 noyabr sazişi icra olunmalı, Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanmalıdır:

“Biz növbəti 30 il mənasız danışıqlar aparmayacağıq. Qarabağdakı erməni separatçıları o qədər qudurublar ki, Ağdərədən Kəlbəcərə keçib gedən bizim avtomobilləri saxlayıb yoxlayırlar. 10 noyabr birgə Bəyanatına uyğun olaraq kommunikasiyalar açılmalı, bizim avtomobillər öz torpaqlarımızda – Qarabağda sərbəst hərəkət etməlidir. Bizim dinc erməni sakinləri ilə işimiz yoxdu. Ermənistan sülh və Qarabağdakı ermənilərin orada qalıb yaşamasını istəyirsə, onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına kömək etməlidir. “Artsax”ın Azərbaycanın ərazi bütövlüyünə heç bir aidiyyəti yoxdur”, yaxud “Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deməklə onlar bizi daha qəti addımlar atmağa təhrik edirlər və biz də bu addımları atacağıq. Xocalı təcili olaraq boşaldılmalı, həmin qəsəbənin azərbaycanlı sakinləri öz yurd-yuvalarına qayıtmalıdırlar. Ermənistan Xocalı soyqırımını tanımalı, qəsəbənin sakinlərinə kompensasiya ödəməli, həmin cinayəti törətmiş caniləri məsuliyyətə cəlb etməlidir. Yalnız bu yolla xalqlarımızı barışdıra bilərik”.

Millət vəkilinin sözlərinə görə, Ermənilərin təhlükəsizliyinə ən yaxşı təminat Azərbaycandır:

“Paşinyan gözünü Fransadan, Makrondan çəkməli, xarici təsirlərə boyun əyib Zəngəzur dəhlizinin açılmasına mane olmamalı, keçmişdən ibrət dərsi götürməlidir. Heç kim Ermənistana işğalçı siayasətini davam etdirməkdə kömək edə bilməyəcək. Dövr dəyişib, Paşinyan bunu anlamalıdır. O, həmçinin Qərbdə rahat yaşayan erməni diasporunun əlində oyuncağa çevrilməməli, müharibə cinayətləri tərətmiş Köçəryan və Sərkisyanın onu devirəcəyindən qorxmamalı, xalqlarımızın dinc-yanaşı yaşaması üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycanla sülh sazişi imzamalıdır”.

Q.Həsənquliyev Rusiya MN-in ötəngünkü bəyanatına da cavab verib:

“Rusiyadan gələn bəyanatların cavabı müvafiq dövlət orqanlarımız tərəfindən verilib. Onlar bəyanatlarını versin, biz də öz işimizi görməli, ərazi bütövlüyümüzü bərpa etməliyik. Narahatlığa əsas yoxdur. Satqın ermənilərə görə Rusiya Azərbaycanda ikinci cəbhə açmayacaq”.
Müstəqil.Az

Share: