Ermənilər Ordumuzdan kömək istədi – Video

Ermənilər Ordumuzdan kömək istədi – Video

Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərəkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər.

Müstəqil.Az xəbər verir ki, yüksək insanvərvərlik, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edib. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradıb.

Bu, Azərbaycan Ordusunun hədəfinin heç vaxt mülki əhali olmadığının bir daha təsdiqidir. Azərbaycan Ordusu milliyyətindən asılı olmayaraq, mülki əhaliyə yardım edib – hətta silahsız düşmənə də.

Zəruri olaraq xatırladaq ki, erməni silahlı birləşmələri hər zaman mülki azərbaycanlılara qarşı terror törədib, etnik təmizləmə aparıb, ev-eşiyindən çıxmağa məcbur olan azərbaycanlılar evindən heç bir dəyərli əşyasını götürə bilməyib. Ermənilər həmin evləri yağmalayıb, dağıdıb, yaşayış məskənlərimizi xarabalığa çeviriblər.

Ermənilər məskunlaşdırları azərbaycanlı evlərindən çıxarkən isə bütün əşyalarını aparır, yerdə qalanlara, o cümlədən meşələrə od vururlar, suyu zəhərləyir, ən işlək yollara, qapılara bomba, mina quraşdırırlar.

Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Müstəqil.Az

Share: