Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raketlərin 1-i Mingəçevir şəhərində enerji blokunun yaxınlığına düşüb.
Müstəqil.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verib.
O bildirib ki, əraziyə düşən raket partlamayıb:
“Ermənistanın Azərbaycanın vacib mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. Ermənistanı məsuliyyəti dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.
Proof of Armenia’s delibarate and targeted attack against critical civilian infrastructure of Azerbaijan. #Missile landed in close proximity of energy block in #Mingachevir. But did not explode. Peace enforcement must continue to bring #Armenia to its senses and responsibility. pic.twitter.com/QlyVuLLnXB
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020