Dağlıq Qarabağ erməniləri Azərbaycanla müharibəyə hazırlaşır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı torpaqlarda aktiv şəkildə yeni yeraltı sığınacaqların inşası həyata keçirilir.
Belə ki, qondarma “DQR-in dövlət naziri” Qriqori Martirosyanın Şuşaya səfəri zamana ona şəhərdə 10 yeni sığınacağın inşa olunması barədə hesabat verilib. Həmin sığınacaqlar kilsə, yaşayış binaları və yerli “icra hakimiyyəti”nin zirzəmisində düzəldilib.