Ermənistan Hava Yolları bu günə olan Tehran-İrəvan reysini ləğv edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Armenia Eyrveys”in Feysbuk səhifəsində məlumat yayılıb.
“Məlumat veririk ki, “Armenia Eyrveys”in yanvarın 12-nə planlaşdırdığı AMW111/112 İrəvan-Tehran-İrəvan reysi təhlükəsizlik səbəbindən ləğv edilir”, – məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, sərnişinlər şirkətin ofislərinə müraciət edərək biletlərini başqa vaxta dəyişə bilər.
Müstəqil.Az