Modern.az xəbər verir ki, hərbçilərdən biri tərəfindən qeydə alınan videogörüntüdə deyilir:
– Biz 10 gündür ki, buraya gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.
– Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.
– Nə edəcəyimizi bilmirik.
– Qaçanda bilməyəcəksiniz də!
– Silah atəş açmır!
– Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır) Niyə atəş açdı?! Al tut! (silahı verir) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!
– Mən konkret irəli getməyəcəyəm!
– Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.
– Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.
– Bəs ayağınızda nədir?!
– Mənim varımdı. O birinin yoxdur?!
– Kimin yoxdur?!
– “Buşlat” yoxdur, yağış, palçığın içindədirlər.
– Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!
– Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!
– Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəyəm. Bunu sözləri deyən, danışan razdanlıdır.
– Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! “Roqatka” ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!
– Baxın, çiynində “roqatka” dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!