Ermənilərdən şok gediş: Ərdoğan iclas keçirdi..

Dünya ictimaiyyətinə sözdə soyqırımı qəbul etdirə bilməyən erməni lobbisi strategiya dəyişdirib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

“Türkiyə Prezidenti yanında Ali Müşavirə Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarıb. İclasda erməni lobbisinin “soyqırım” iddialarını Beynəlxalq Ədalət Məhkəməsində qaldırmaq üçün strategiya dəyişdirdiyi, məsələni “soyqırım” yerinə “insanlığa qarşı cinayət” formasına çevirib nəticə almağa çalışdığı bildirilib.

Bunun iki səbəbi var:

1.Beynəlxalq Ədalət Məhkəməsi əsasən 1948-ci ildən sonrakı soyqırım iddialarına baxır.

2. İddiaların meyarları çox sərt olduğu üçün soyqırım kimi qəbul edilməsi çətin məsələdir. Buna görə də ermənilər strategiya dəyişdirməyə başlayıblar”, – qəzetdə bildirilib.

Məlumata görə, iclasda bu dəyişikliklərin nəzarətdə saxlanmasının vacib olduğu vurğulanıb:

“Buna görə də Ərdoğan məsələ ilə bağlı təklifləri dəstəkləyib və “soyqırım” iddialarına qarşı yeni bir qurumun yaradılmasına müsbət yanaşdığını deyib”.

Samir Soltanov

Share: