Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı (FOTOLAR)

Minlərlə Azərbaycan gənci bir platforma altında birləşərək, Qarabağ həqiqətlərini dünyaya çatdırıb, eyni zamanda ermənilərin nəhəng sosial şəbəkə qruplarını, səhifə və profillərini dağıdıblar.

Bu barədə Qaynarinfo-ya “Karabakh Is Azerbaijan” platformasının fəal üzvü və dəstəkçilərindən olan Hümbət Kənan məlumat verib. O, bildirib ki, bir ay öncə bir qrup vətənpərvər gənc tərəfindən yaradılan platforma qısa müddətdə Facebook üzrə 14 min, Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub və üzvlərin sayı günü-gündən artmaqdadır.
“Bütün fərqliliklərimizi bir kənara qoyaraq ortaq bir hədəf altında birləşmişik. Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir.
Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunub. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir həştəq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Bu günə qədər üzvlərimiz vasitəsilə
#StopArmenianAggression, 
#KarabakhIsAzerbaijan, 
#BeFairForAzerbaijan, 
#HearTheVoiceOfAzerbaijan, 
#NoSilenceForAzerbaijan, 
#İşgalciDevletErmenistan, 
#KİAzteam həştəqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ kimi ölkələrin “Twitter” trendində ilk sıralarda və dünya trendində isə ilk beşlikdə yer almışıq”.
Hümbət Kənan eyni zamanda Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolar hazırlandığını da sözlərinə əlavə edib. O, bildirib ki, platformanın rəsmi saytı da hazırlanma mərhələsindədir və saytda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, müxtəlif layihələr, təşəbbüskarlar haqqında məlumatlar və hazırlanan videolar yer alacaq.
“Layihədə idarə heyətində Urfan Sərkərov, Uğur İmaməliyev, Yusif Xəlilov, Mürsəl Mürsəlli, Yunus Babasoylu, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, İlkin Namazlı, Ənvər Məmmədli və b. var. Platformanın bütün üzvləri həmrəy olaraq vətən üçün bu informasiya müharibəsində canla-başla iştirak edir”, – deyə Hümbət Kənan əlavə edib.
Platforma üzvləri həmçinin ermənilərin facebook, instagram kimi sosial şəbəkələrdə iri səhifə, qrup və profillərinin bağlanmasına da nail olublar.
Camal
Share: