“Həmişə düşünmüşəm, ermənilərin sınma nöqtəsi hardan başlayır!? Axı Çar Rusiyasından başlayaraq, Sovetlər də daxil olmaqla bizi əzirdilər, sındırırdılar, Vətən dediyimiz torpaqları öz aralarında bölüşdürürdülər. Bizsə kiçilirdik, bölünürdük, amma özümüzü elə göstərirdik ki, sınmamışıq.”
Bunu öz feysbuk sosial hesabında siyasi şərhçi, “Olaylar” qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz yazıb. “İçimizdəki erməni və rusbaşlar onlardan idilər, amma biz sınmırdıq,əyilmirdik. lahi Ədalətə və Qürurumuza sığınırdıq,sınmırdıq. Hətta tarixi torpağımızda İrəvanın 2500 illiyini keçirdilər,yenə sınmadıq. Bizim tariximizi özlərinə yazdılar, yenə sınmadıq. Niyə də sınaydıq? Bizi sındırmaq istəyənlər bilirdilər ki,müstəqil dövlətimiz yoxdur, indi var və xalq – ordu birliyi, elə bu millətin genetik yaddaşındadır. Ermənilərin qırılma nöqtəsi, onların bura 19-cu əsrdən köçürülməsi ilə başlayır. Ermənilərin son qırılma nöqtəsi isə 7 Fevral 2024 -cü ildə müstəqil və suveren AZƏRBAYCANda Prezident seçkisi ilə bitir. “HƏDƏFİMİZ VƏTƏN anlayışından Böyükdür!”-deyə Yunus Oğuz əlavə edib.
Müstəqil.Az