Ermənilərin xeyli sayda texnikasını yox edən 32 yaşlı “Tank canavarı” KİMDİR? – MARAQLI FAKTLAR

Ermənilərin xeyli sayda texnikasını yox edən 32 yaşlı “Tank canavarı” KİMDİR? – MARAQLI FAKTLAR

Azərbaycan Silahlı Qüvvələrinin şərəfini qoruyan cəngavər əsgərlərin şöhrəti günü-gündən artmaqdadır.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyi 2016-cı ilin Aprel döyüşlərində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanovun bu ilin 27 sentyabrında başlanan əks-hücum əməliyyatları çərçivəsində 11 erməni tankını məhv etdiyi açıqlanıb.

Bu igid düşmənin 17 zirehli texnikasını MƏHV ETDİ – FOTO
Tahir Misirxanov kimdir?

Misirxanov Tahir İman oğlu 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 nömrəli tam orta məktəbində başa vurub.

Həqiqi hərbi xidmət keçdikdən sonra ömrünü hərb işinə bağlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi ön cəbhədə xidmət edir.

O, aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Ləqəbi “Tank canavarı”dır.

T.Misirxanov müsahibələrindən birində “düşmənin layiqli dərs aldığını düşünürsüzmü” sualına belə cavab verib: “Düşmən layiqli dərs aldı. Öncə onu qeyd edim ki, aprel döyüşləri Azərbaycan Ordusunun keçirdiyi kiçik bir əks-hücum əməliyyatı idi. O əməliyyat ki, düşmənin günü-gündən çoxalan təxribatının qarşısının alınması üçün hesablanmışdı. Və düşünün ki, düşmən bizim əks-hücum əməliyyatımız nəticəsində nələr itirdi… Mən gizirəm… Əməliyyat zamanı sadəcə öz mövqeyimə cavabdeh idim.

Düşünün ki, təkcə mənim və digər silahdaşlarımın dayandığı mövqelərdən düşmən 6 tankını itirdi. Bu da ən azı 12 milyon manat, 18 nəfər ixtisaslaşmış mütəxəssis demək idi. Hələ mən onların komandanlığının məyusluğunu demirəm… Həyəcanlı idim. Bu, mənim tankəleyhinə kompleksdən ilk atışım idi. Ona görə də çalışırdım ki, birmənalı şəkildə səhv etməyim. İlk tankı 2 apreldə vurdum. Orta hesabla, üç raketi iki dəqiqəyə atdım. Bir sözlə iki dəqiqəyə üç düşmən tankını məhv elədim”.

Share: