Ermənini həyatda saxlayan millət – Türk…

Pərviz CƏBRAYIL yazdı

Ruhən və cismən kiçik olan xalqların ən böyük bədbəxtliyi onlarda yaranan yarımçıqlıq kompleksi – zamanında və ya indi tabe olduqları etnik çoxluğa nifrəti, ən faciəlisi, ən qorxulusu isə məhz onlara oxşamaq istəmələri, öz mövcudluqlarını onlarla müqayisədə hiss etmələridir. Bu mənada dünyanın ən bədbəxt xalqı ermənilərdir.

Onların oxşamağa çalışdığı, nifrət etdiyi aydındır ki, türklərdir. Nə ingilis, nə ərəb, nə yapon, nə rus. Buna görədir onlar daim o oxşamaq istədiyinin torpaqlarına iddia edir, almağa çalışır, mətbəxini, musiqisini, mədəniyyətini, tarixi-mədəni abidələrini – hər şeyini oğurlayır, özününküləşdirir, buna çalışır. Özünü onun yerində görməyə çalışır. Hətta soyadları da türkünküdür. Türk bir etnik vahid kimi son nəfərinə kimi məhv olsa, erməni üstünə duz tökülən ilbiz kimi əriyər, yoxa çıxar.
Kiçik xalqların kimə nifrət etdiyinə baxmaq yetər ki, biləsən: bu, onun idealıdır. Qara gələydi o günü ki, erməni türkə oxşamaq istəyinə düşüb. Oğuz ellərinin qara günləri də o gündən başlayıb. Həm erməniyə zülm olub, həm türkə!
Baxın, bir yaponun nifrət etdiyi millət varmı? İngilisin varmı? Fransızın varmı? Almanın varmı? (Yəhudi nifrətində həmin çağ Almaniyasının birinci dünya müharibəsində məğlubiyyəti dayanırdı – bu məğlubiyyət onlarda komlpeks yaratmışdı. İndi yenə alman almandı, artıq o nifrəti də qalmayıb). Türkün də nifrət etdiyi bir xalq yoxdur. Hələ erməniyə nifrət türkün ağlına da gəlməz. Bu, onun təfəkkürünü formalaşdıran böyüklük kompleksidir: “Erməni kim ki, ona nifərt də edəsən?” – türkün şüuraltısında erməniylə bağlı heç bir ciddi şüuri qeyd yoxdur. Buna görədir ki, biz də zaman-zaman ermənini bağışlamışıq. Ona düşmən ola, ona düşmən kimi baxa bilməmişik. Qul xatasız olmaz, ağa kərəmsiz.
Rusa baxın: coğrafi, qəsb etdiyi türk torpaqlarının əzəmətinə baxmayaraq, içlərində bir əzilmişlik kompleksi var. 400 illik əsarət o milləti ruhən məhv edib. Türkə nifrəti sarsılmazdır, ancaq ingilisə – qərbliyə oxşamağa çalışır. Çünki türkün siyasi əzəmətinə son qoyan ingilisdir…
Ermənilər bu həqiqəti dərk etməyənə kimi nə özləri bir gün görə biləcəklər, nə biz. Hərçənd onların ağlı ola, bu nifrət və iddialarından əl çəkə, bizimlə birgə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirlələr.
Ermənilərin bu xarakteri genetik deyil, sadəcə “uşaqlıq” travmasıdır. Onların siyasətçiləri daim bu travmanı diri saxlamağa çalışırlar. Xəstə cəmiyyəti yönəltmək daha asandır.
Nə yazıq ki, millətləri, xalqları psixoanaliz edəcək psixoloqlar yoxdur. Bu iş sırf onların yazıçı-şairlərinin, mədəniyyət-incəsənət xadimlərinin üzərinə düşür. Zamanında bu işi din və onun peyğəmbərləri görüb. Milləti açmaq, dinləmək, nevrozunu aradan qaldırmaq, o uşaqlıq travmasından qurtulmasını təmin etməkdir iş. Bu həqiqəti dərk etmiş erməni yazıçı-aydınlarının varlığına inanıram. Ancaq nə yazıq ki, erməni toplumu da bütün başqaları kimi daim siyasətin köləsi, zəhərli beyinlərin təsiri altında olub; İsanın yox, Dəccalın tərəfində.
Yazıçılardan ziyalılıq istəyən toplum əslində sırf bu məsələdə istəməlidir. Yəni sağalmasını istəməlidir. Əslində bütün xalqların o mənada söz adamlarına ehtiyacı var. Ancaq ziyalılıq toplum tərəfindən yanlış rakursda tələb edilir. Məsələn, erməni toplumu tələb edir ki, yazıçısı türkə nifrətində, hakimiyyət davalarında onun dediyini desin, daha onun qüsurlarını, travmalarını açıb göstərməsin. Elə bizdə də.
Ziyalı dediyin xalqın sözünü deyən deyil, xalqın formalaşmasına kömək edən şəxsdir. Ziyalı işıq saçandır, qaranlıq künc-bucağı göstərəndir. Ancaq ki, sevə-sevə! Bir övlad valideyninin yanlışını necə görməli, onun sağlamlığı üçün çalışmalıdırsa, elə. Yaxasını yana çəkən yazıçı yazıçı deyil, sadəcə söz alverçisidir.
Məni bir azərbaycanlı olaraq bu dünyada ən çox kədərləndirən budur: ermənilər nə zaman ağıllanacaq? Deyəsən türk mövcud olduqca, bu, mümkün olmayacaq…

Share: