“Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur”

“Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur”

Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur.

Müstəqil.Az  erməni KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.

O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır: “Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır”.

Müstəqil.Az 

Share: