Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi üçün kredit cəlb edilməsinə mane olmağa çalışırdı.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu, beynəlxalq maliyyə təşkilatlarının hansı səbəbdən BTQ layihəsinə kredit ayırmadığını izah edir:
“Bunun səbəbi heç də beynəlxalq maliyyə təşkilatlarının Bakı-Tbilisi-Qarsı səmərəsiz layihə hesab etməsi deyil, bizim bədnam qonşumuzun layihənin reallaşmasına mane olmaq cəhdi idi”.
S.Şərifov əlavə edib ki, dövlət başçısı layihənin ölkə vəsaiti hesabına maliyyətləşdirilməsi barədə qərar qəbul etmişdi.