Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq qoşunları onun təlimatı ilə Yerevana gətirmək üçün hazır vəziyyətdə saxlamaq lazım olduğunu deyib.
Müstəqil.Az bildirir ki, bu barədə “Hraparak” qəzeti Müdafiə Nazirliyindəki mənbələrinə istinad edərək yazır.
“Baş Qərargah rəisi bu cür hərəkətlərin məqsədini soruşub, Paşinyan bunun xüsusi obyektlərin qorunması üçün lazım olduğunu cavablandırıb. Qasparyan, öz növbəsində, deyib: “Mən Baş Qərargah rəisi olduğum müddətdə ordu daxili siyasi proseslərə qarışmayacaq və şəhərə gətirilməyəcək”.
Bununla söhbət başa çatıb, sonra Baş Qərargah rəisi müdafiə naziri Vaqarşak Harutyunyanla əlaqə yaradıb və söhbəti olduğu kimi bəyan edib və əgər baş nazir eyni suallla ona müraciət edərsə, müdafiə nazirindən Paşinyana eyni cavabı verməsini xahiş edib.
Müdafiə naziri Baş Qərargah rəisinə baş nazir Paşinyanla danışacağına söz verib. Ancaq bir müddət sonra Vaqarşak Harutyunyan Onik Qasparyana zəng edərək Baş Qərargah rəisinin haqlı olduğunu, lakin əmr gələrsə, tabe olub Yerevana qoşun göndərməyə məcbur olacaqlarını əlavə edib”, – qəzet yazır.
Qəzet Onik Qasparyanın Baş Qərargah rəisi olduğu müddətdə qoşunların şəhərə gətirilməyəcəyini bir daha ifadə etdiyini yazır.
Nəşr onu da qed edir ki, general Qasparyan ordunu daxili siyasi proseslərin iştirakçısına və onu Ermənistan hakimiyyətinin alətinə çevirmək fikrində olmadığını bildirib.
Müstəqil.Az