Ermənistan bizə təzminat ödəməlidir!

Ermənistan bizə təzminat ödəməlidir!

Müstəqil.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir: “Beynəlxalq təşkilatlar, məhkəmələr bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir”.

 

S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb: “Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”.

Müstəqil.Az

Share: