Ordumuzun erməni terrorçularına qarşı Qarabağda keçirdiyi əməliyyatlardan sonra düşmən ölkənin nümayəndələri əməlli-başlı şüvənliklərinə salıblar. Gah dünya liderlərinin bombasından mədət umurlar, gah Kim Kardaşyanın ombasından.
Bayaq da erməni düşüklərdən biri Hollivud aktyoru Jan Klod Vandammdan kömək istəyib. Birazdan Hörümçək adamı, Bətməni də köməyə çağıracaqlar.
Vay-şüvənlikləri bununla bitmir. Təzə iş tapıblar: hansı ölkə Azərbaycana dəstək verirsə, onun istehsal etdiyi malları boykot etmək.
Əvvəlcə Türkiyənin mallarını boykot etmişdilər, indi də Ukraynaya bu “amansız” sanksiyalarını tətbiq edirlər.
Son aldığım məlumata görə, ermənilərin bu kampaniyasından sonra Türkiyə lideri R.T.Ərdoğan təcili olaraq ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıb. İki lider bu “dəhşətli” təzyiqdən çıxış yolları axtarmağa çalışıblar.
Bununla yanaşı, həyəcanlı məlumatlar gəlir: ABŞ Prezidenti Tramp qorxur ki, Ermənistan ABŞ-a sanksiya tətbiq edə bilər.
Avropa ölkələri də qarışıb. Hamı ermənilərin bu “dağıdıcı” kampaniyasına görə qorxuya düşüb. Ermənilərin bu kampaniya ilə dünya iqtisadiyyatını çökdürmək planları qurması haqda xəbərlər yayılıb. Hətta deyilənə görə, rəsmi İrəvan Yupiterdə görünən yadplanetliləri də boykot edəcəklər.
Özlərini itiriblər. Sabah özləri özlərini boykot qərarı versə, təəccüblənməyin…
Şeyx TEYMUR