Ermənistan humanitar atəşkəsdən terror məqsədilə istifadə edir.
09.10.2020-ci il tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə əldə olunmuş humanitar xarakterli atəşkəs beynəlxalq humanitar hüququn prinsiplərindən irəli gələrək atılmış addım kimi qiymətləndirilə bilər. Bu atəş zonasında qalmış cəsədlərin götürülməsi, əsirlərin mübadiləsi və mülki şəxslərin döyüş zonasından təhlükəsiz çıxarılması məqsədini daşıyır.
Bu addımı ilə Azərbaycan problemin müharibə yolu ilə deyil, sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini bəyan etmiş oldu. O cümlədən, Azərbaycan ordusu da müharibədə çox surətlə irəliləməsinə, peşəkarcasına düşməni məğlub etməsinə, işğal edilmiş torpaqları ard-arda azad etməsinə baxmayaraq özünün humanist davranışını da bir daha dünyaya göstərdi.
Lakin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 10.10.2020-ci il saat 12-dən sonra əldə edilmiş humanitar xarakterli atəşkəsi Ermənistan yenidən pozmaqla, əsasən Azərbaycanın mülki obyektlərinə raket hücumları etməklə özünün məkirli, riyakar niyyətindən dönmədiyini, beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmədiyini daha açıq göstərir. Habelə havadarlarına arxalanmaqla, vaxt qazanaraq qeyri-qanuni yolla silahlanmasını həyata keçirməyə çalışir. Bu əsl erməni xislətinin, insanlığa və bəşəriyyətə qarşı terrorunun bariz nümunəsidir.
Ermənistanın ona verilmiş bu son şansı düzgün dəyərləndirə bilməməsi və yenidən müharibəyə can atması onu deməyə əsas verir ki, Azərbaycan özünün işğal edilmiş torpaqlarını yalnız müharibə yolu ilə geri qaytarmasından başqa bir yolu qalmır.
Düşünürəm bu tarixi bir şansdır, Azərbacan bu şansdan düzgün istifadə etməklə özünün işğal edilmiş torpaqlarını ən son qarışına kimi qaytarmaq və qələbəni təmin etmə haqqına malikdir
Ramid Hüseynov
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Müstəqil.Az