Ermənistan Kamil Zeynallını qətl törətməkdə ittiham edir

Ermənistan Kamil Zeynallını qətl törətməkdə ittiham edir

Ermənistan Kamil Zeynallını qətl törətməkdə ittiham edir

Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

“Həmin şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, – deyə o bildirib.

Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Share: