Ermənistan müxalifəti paytaxt İrəvanda etiraz yürüşü keçirir.
Müstəqil.Az xəbər verir ki, etiraz aksiyasını bir çox media qurumu canlı yayımlayır.
Etirazçı dəstələri şəhərin mərkəzindəki Azadlıq meydanına toplaşır.
“Biz bu gün gördük ki, hakimiyyət güc tətbiqinə hazırdır. Lakin xalq yorulub və bizi heç nə dayandıra bilməz. Biz artıq vətənimizin yarısını, uşaqlarınızı və təhlükəsizliyimizi itirmişik” – deyə müxalif deputat, keçmiş Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan bildirib.
Müstəqil.Az