Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində növbəti itki verib.
Müstəqil.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 17-də Dağlıq Qarabağda erməni hərbçi Ruslan Manukyan (1998-ci il təvəllüdlü) minanın partlaması nəticəsində ölüb.
Hadisənin Dağlıq Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində baş verdiyi bildirilir.