Ermənistan ordusu Qarabağdan TAM ÇIXARILACAQ

Ermənistan ordusu Qarabağdan TAM ÇIXARILACAQ

Ermənistan Ordusu Qarabağdan tam çıxarılacaq.

Müstəqil.az xəbər verir ki, bu barədə İtaliyanın paytaxtı Roma şəhərində yaşayan mühacir siyasətçi Mikael Minasyan yazıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində bütün qanunsuz hərbi birliklər 2021-ci ilin yazına qədər ləğv olunacaq. Ermənistandan olan çağırışçılar daha Qarabağ ərazisində xidmətə buraxılmayacaq və işğalçı ordu ərazidən tam çıxarılacaq. Yerli ermənilər isə sülhməramlıların nəzarəti altında yalnız polis və daxili qoşun birliklərində xidmət keçəcək.

“Sabah yenə də təəccüblənməmək üçün yazıram ki, Nikol və Vaqarşak Arutunyan “Dağlıq Qarabağın müdafiə ordusu”nun ləğvinə razılıq veriblər. Nikol Paşinyan öz missiyasını sona çatdırır”- deyə Minasyan yazıb.

Xatırladaq ki, eks-prezident Serj Sarkisyanın kürəkəni olan Minasyan Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. O 2018-ci ildən ölkədə baş verən prosesləei şərh edir və hakimiyyət kluarlarında baş verən əksər hadisələrdən xəbərdardır. Belə ki, məhz Minasyan ilk dəfə Qarabağ döyüşlərində Ermənistan ordusunun azı 4750 nəfər hərbçi itirdiyini yazmışdı.  /Modern.az

Share: