Ermənistanın Tavuş vilayətinin Kirants kəndinə gedən yol bağlanıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin polis qüvvələri vətəndaşların Kirants kəndi istiqamətində sərbəst gediş-gəlişini əngəlləyir və həmin icmanın heç bir sakinini buraxmırlar. Kirantsın sakinləri dünəndən etibarən dövlətlərarası yolu bağlı saxlayırlar”, – deyə qeyd olunub.
Qeyd edək ki, Kirants kəndinin bir hissəsi də Azərbaycana qaytarılacaq. Hazırda evləri sərhəddin Azərbaycan tərəfində qalan Kirants sakinləri üçün kempensasiyanın verilməsinə başlanılıb.
Müstəqil.Az