Ermənistan proporsional seçki sisteminə keçdi

Ermənistan proporsional seçki sisteminə keçdi

Ermənistan Milli Məclisi ikinci və sonuncu oxunuşda Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi təsdiq edib.

Müstəqil.Az  yerli KİV-ə istinadın bildirir ki, beləliklə, ölkədə parlament seçkiləri proporsional seçki sistemi üzrə keçiriləcək.

Müvafiq dəyişikliyin lehinə 82 deputat səs verib. Partiyalar üçün 5 faiz, seçki blokları üçün 7 faiz seçki baryeri isə dəyişməyib. Baxmayaraq ki, daha əvvəl partiyalar üçün baryeri 4%-ə endirmək, iki partiyalı blok üçün 8%, üç partiyalı blok üçün 9%, dörd partiyalı blok üçün isə 10%-dək qaldırmaq təklif olunurdu.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Müstəqil.Az 

Share: