“Bizim Ermənistanla sülh müqaviləsinə dair təkliflərimiz masanın üzərindədir. Ermənistan qərar qəbul etməlidir”.
Müstəqil.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Amma Ermənistan tərəfindən qəbul edildiyinə şahid olmuruq”, – Prezidentin köməkçisi qeyd edib.
O, bir daha Azərbaycanın hər zaman təmaslara, danışıqlara açıq olduğunu bəyan edib.
Müstəqil.Az