Noyabr ayının doqquzundan onuna keçən gecə Rusiya dövlətinin vasitəçiliyi ilə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında Ermənistanın Qarabağdakı məğlubiyyətini əks etdirən üçtərəfli bəyannamə imzalandı. Putin müharibəni dayandırmaqla Qarabağ ərazisindən ermənilərin tam şəkildə təmizlənməsinin qarşısını aldı.
Ermənistanın rəhbər işçilərinin də etiraf etdiyi kimi, əgər bu razılaşma bir neçə saat gecikmiş olsaydı, Azərbaycan Ordusu Xankəndini ələ keçirib, erməni separatçılarının Qarabağdakı kökünü dibdən kəsib atmış olacaqdı. Və bununla da əsrimizin erməni vəbasına birdəfəlik son qoyulacaqdı. Təəssüf ki, belə olmadı. Ancaq bu məqamda maraqlı bir sual ortaya çıxır: bəs, əcaba, erməni xalqını narahat edən məsələ nədir ki, paytaxt Erevanda Rusiyanın dövlət bayrağını nümayişkaranə şəkildə ayaqlar altına ataraq tapdalayır, yandırır, rus xalqının əleyhinə şüarlar səsləndirirlər. Məgər Qarabağda vuruşan ermənilərin tamamilə məhv edilməsinin qarşısını alan Rusiya olmadımı? Ermənistana qaçan ermənilərin yenidən Qarabağa qayıtmasını təşkil edən, onları tikinti materialları və digər məhsullarla təmin edən, onlar üçün təcili şəkildə mobil xəstəxanalar quraşdırıb, sağlamlıqlarının qayğısına qalan ruslar deyilmi? Rus əsgərləri deyilmi ermənilərin həm Ermənistanda, həm də Qarabağda keşiyini çəkən? Bu suallara cavab tapmaq üçün uzağa getmək lazım deyil.
Bu yaxınlarda internet üzərindən Ermənistanın keçmiş prezidenti Sarkisyanın xarici ölkə jurnalistinə verdiyi bir müsahibəni maraqla izlədim. Müsahibənin özəlliyi ondan ibarət idi ki, ermənilərin ruslara qarşı olan ərköyünlüyünün səbəbi burada özünü aydın şəkildə büruzə verirdi. Suallardan biri belə idi: nəyə görə Ermənistan əhalisinin doxsan doqquz faizi yalnız erməni millətindən ibarətdir? Başqa xalqların burada yaşamamasına səbəb nədir? Sarkisyan pörtərək sualı belə cavablandırır: biz ermənilər əsrlər boyu Rusiyayanın xidmətçisi olmuşuq. Əgər biz öz içimizdə başqa xalqlara yer vermiş olsaydıq, onlar Rusiya qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsində bizə mane ola bilərdi.
Göründüyü kimi öz tarixi keçmişlərinə və xislətlərinə yaxşı bələd olan ermənilər xidmət və yaltaqlıqlarının qarşılığını ala bilmədikləri üçün Rusiya dövlətinə qarşı bu cür aqressiv davranış nümayiş etdirirlər. Ermənilərin dediyi budur ki, ay rus dövləti, dediniz, ordumuzu sizin ölkədə yerləşdirəcəyik, dedik, buyurun. Dediniz, qonşu dövlətlərlə olan sərhədlərinizi biz qoruyacağıq, razılaşdıq. Dediniz, Gürcüstandan da torpaq tələb etməyə başlayın, başladıq. Dediniz Avrasiya İqtisadi İttifaqına üzv olun, olduq. Dediniz, beynəlxalq aləmdə bizim işğalçılıq siyasətimizi dəstəkləyin, dəstəklədik. Bunların hansı birini Azərbaycan dövləti sizin üçün etdi? Heç birini! Azərbaycan rəhbərləri deyir ki, biz müstəqil dövlətik və evimizin də sahibi özümüzük, biz başqa bir dövlətin nə qapazaltısı, nə yaltağı, nə də müstəmləkəsi ola bilmərik. Amma biz Ermənistan dövləti olaraq, öz qeyrətimizi, mənliyimizi alçaldaraq, siz nə dedinizsə, hamısına əməl etdik. Qarşınızda boyun əyib, əmr və göstərişlərinizə sözsüz tabe olduq. Heç vaxt sizin bir sözünüzü iki eləmədik. Fikirləşdik ki, siz də Böyük Ermənistan dövləti yaratmaqda bizə köməklik edərsiniz. Ancaq təəssüf ki, ümidlərimizi puç etdiniz. Qarabağ uğrunda gedən döyüşlərdə bizi hərbi texnikalarla təchiz etsəniz də, əsgərlərinizin bizimlə çiyin-çiyinə vuruşmasına şərait yaratmadınız. Axı biz göstərdiyimiz xidmətlərin müqabilində bunu sizdən umurduq. Biz bu biabırçı məğlubiyyətlə təkcə MDB məkanında deyil, bütün dünyada rüsvay olduq. Problemin nədən ibarət olduğunu anlamayan dövlətlər məsələnin mahiyyətinə vararaq bizdən üz döndərməyə, Azərbaycanın səsinə səs verməyə, onlarla həmrəy olmağa başladılar. Yalan və saxtakarlıq üzərində qurulan tariximiz çılpaq şəkildə üzə çıxmağa başladı. Belə getsə, Ermənistan dövlətinin dünyada it qədər də hörməti olmayacaq
Görünür, ermənilər Rusiyanı nahaq yerə ittiham etmirmiş.
Aləm Kəngərli