Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona qarşı öhdəliklərimiz var. Amma döyüş Ermənistan torpaqlarında getmir” sözləri dünya mediasında manşet olub.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, döyüşün ilk saatlarından Azərbaycanla çiyin-çiyinə informasiya mübarizəsinə qatılan Türkiyə mediası Putinin Ermənistanın baş naziri Nikol Paşinyana zərbə vurduğunu manşetlərində daşıyıb.
“Yeni Şəfəq”: “Ermənistana Putin şoku”;
“Türkiyə”: “Putindən ermənilərə soyuq duş”;
“Axşam”: “Paşinyan buz kəsildi”;
“Akit”: “Münaqişə erməni torpağında deyil”;
“Diriliş poçtu”: “Paşinyan darmaduman” – başlıqları ilə köşklərdə yerini alıb.