Ermənistanda 2-ci ordu korpusunun komandiri işdən çıxarılır

Ermənistanda 2-ci ordu korpusunun komandiri işdən çıxarılır

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Lurer” portalı yayıb. 

Məlumata görə, V.Qriqoryan Ermənistanda hərbi hissələrdən birinin kazarmasında baş verən yanğınla əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb.


Share: