Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan “Telegram” kanallarına 50 mindən çox Ermənistan vətəndaş abunə olub.
Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu ölkənin İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan bildirib.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 029 cinayət işi araşdırılıb, 1 063 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 287-si həbs edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə edilən vəsaitin ümumi həcmi 3 milyard dramı (7,5 milyon ABŞ dolları – Qeyd) ötüb.
Araşdırmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.
Hesabat dövründə müstəntiqlər tərəfindən qadağan olunmuş maddələrin istehsal olunduğu laboratoriya avadanlığı olan 6 məntəqə aşkar edilib.