İqtisadıyyatı gündən günə tənəzzülə uğrayan Ermənistan II Qarabağ savaşından sonra daha pis vəziyyətlə qarşılaşır. Ölkəni aclıq dalağasının bürüyəcəyini proqnozlaşdıranlar var.
Müstəqil.Az bildirir ki, bu barədə Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.
“Birinci təhlükə mümkün taxıl çatışmazlığı ilə bağlıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir. Artıq bizim nəzarətimizdə olmayan “Artsax” ərazilərində isə 150 min ton taxıl (25%) istehsal edilirdi. Biz Ermənistanda istehsal olunan taxılın 75 faizini itirmişik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Aradakı defisiti xaricdən satın almalarla doldurmalı olacağıq. Dolların məzənnəsinin artmağa doğru olduğunu nəzərə alsaq, çörəklə təminat və onun qiyməti ilə bağlı problemimiz olacaq. Bura keçmişdə Gürcüstanla sərhəddəki “Yuxarı Lars” keçid məntəqəsindən qış dövründə taxıl idxal edərkən daxili bazara ciddi təsir göstərən maneələrlə qarşılaşdığımızı da əlavə eləmək lazımdır”, – deyə sabiq nazir həyəcanla qeyd edib.
Müstəqil.Az