Ermənistanda aclıq təhlükəsi yarana bilər– XƏBƏRDARLIQ

Ermənistana aparan yolların mühasirə alınması ölkənin ərzaq təhlükəsizliyini üçün təhdid yarada bilər.

Müstəqil.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Dövlət Gəlirləri üzrə Komitəsinin bəyanatında deyilir.

“Yük maşınlarının gömrük rəsmiləşdirməsi üzrə problemlər narahatlıq yaradır. Bu problemlər ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura bilər. Gömrük orqanları aksiyaların bütün iştirakçılarını bu həyəcanlı faktı nəzərə almağa çağırır”, – komitə bildirib.

Qeyd edək ki, dünən parlamentdə baş nazir postuna seçkilər keçirilib. “Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. Bundan sonra Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Ömər Dağlı

Share: