Ermənistanda baş verənlər Qarabağ məsələsinə necə təsir göstərəcək?- Urkaynalı politoloq

“Rusiya Ermənistanda baş verən son hadisələrə yönəlik ehtiyatlı, hətta gözləyici mövqe tutur”.

Müstəqil.Az Turkustan.info-ya istinad edərək  bildirir ki, bu fikirləri Yenicag.ru-ya açıqlamasında Ermənistanda cərəyan edən proseslərin Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirini dəyərləndirən ukraynalı politoloq Aleksey Poltarakov deyib.

Poltarakovun fikrincə, Rusiya Ermənistan üzərində siyasi, iqtisadi və ideoloji təsirini saxlamaq imkanındadır:

“Göründüyü qədər, Serj Sarkisyan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin aqibətindən ibrət götürüb, daxili vəziyyətə görə “urvatlı”, beynəlxalq duruma görə isə “nəcib” addım ataraq istefa verdi. Onun bu addımını hansı arqumentlərlə əsaslandırdığına dair sadəcə, ehtimalla danışa bilərik.
Rusiya Ermənistanda baş verən son hadisələrə yönəlik ehtiyyatlı, hətta gözləyici mövqe tutaraq, regiona münasibətdə “daxili və xarici ölçü vahidləri”ni dəyərləndirməkdədir.

Moskvanın “daxili ölçüsü” bundan ibarətdir ki, o,  müttəfiqi olan Ermənistan vasitəsilə nəzarətdə saxladığı Qafqaz regionunda mövqelərinin zəifləməsinə imkan verməməyə çalışır. “Xarici ölçü”də isə əsas məqsəd postsovet məkanında “domino effektli” proseslərin başlamasını, “rəngli inqilablar”ın meydana gəlməsinin qarşısını almağı, Gürcüstan və Ukrayna ssenarilərini əngəlləməyi düşünür.
Bu vəziyyətdə Rusiya Ermənistandakı proseslərə siyasi, iqtisadi, hətta ideoloji planda təsir imkanlarını saxlayaraq, bu ölkənin xarici siyasətinə də təsir göstərmək imkanındadır.

Hesab etmirəm ki, Ermənistanda hakimiyyyətin yenilənməsi İrəvanın mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq və Qarabağ münaqişəsinin nizamlanmasına təkan verəcək. Burada söhbət yalnız müəyyən korrektələrdən gedə bilər.

Qafqaz böyük güclərin mövqe savaşı apardığı “sabit qeyri-stabil” zonadır”.

Müstəqil.Az

 

Share: